aaaaaaaaaaaaaaaaKirmizi-Indirim-Firsati-Web-Site-Banner-Reklam-Bandi-1100-x-88-piksel_2.gif
Duma Boko Botsvananın yeni prezidenti olub
sizinxeber.az xəbər saytı

Duma Boko Botsvananın yeni prezidenti olub


54 yaşlı hüquqşünas Duma Boko Botsvananın yeni və sayca altıncı prezidenti seçilib.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş hakimi Terrens Rannovane milli televiziya vasitəsilə məlumat verib.

Boko iki gün əvvəl ölkədə keçirilmiş parlament seçkilərində qalib gələn “Demokratik Dəyişiklikləri Naminə” (DDN) müxalif koalisiyasının lideridir.

DDN artıq Milli Assambleyada (birpalatalı parlament) 35 deputat mandatı qazanaraq ona mütləq çoxluq qazandırıb. Səslərin hesablanması davam edir. Digər iki müxalifət partiyası da yaxşı nəticə göstərib. Son 58 ildə hakimiyyətdə olan Botsvana Demokratik Partiyası (BDP) hazırda 4 mandat qazanıb.

Botsvananın hazırkı Prezidenti və BDP lideri Mokqvitsi Masisi partiyasının məğlubiyyətini etiraf edib və bildirib ki, o, artıq Bokoya zəng edərək onu qələbə münasibətilə təbrik edib. Masisi istefaya getdiyini açıqlayıb.

Qeyd edək ki, Botsvana Prezidenti parlament üzvlərinin sadə səs çoxluğu ilə seçilir. Oktyabrın 30-da keçirilmiş parlament seçkilərində 6 partiya iştirak edib. Onlardan dördü, seçki qanununun tələbinə uyğun olaraq, prezidentliyə öz namizədlərini irəli sürüb. Masisi ikinci müddətə dövlət başçısı seçilmək istəyirdi.

Oxşar xəbərlər

YAP-ın parlament seçkilərində 68 namizədi liderdir
Gürcüstanın hakim partiyası parlament seçkilərində 54 faizlə qalib gəlir - YENİLƏNİB
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Gürcüstanın hakim partiyası parlamentdə 90-91 mandat alacaq
Tayvanda Çinlə dialoqun tərəfdarı olanlar parlamentdə çoxluq qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər