İsrail ordusu: “Hizbullah”ın elit bölmələrinin komandirlərindən biri öldürülüb
sizinxeber.az xəbər saytı

İsrail ordusu: “Hizbullah”ın elit bölmələrinin komandirlərindən biri öldürülüb


İsrail hərbçiləri Livanın Nəbatiya şəhəri yaxınlığındakı hava hücumları zamanı “Hizbullah”ın elit bölməsi olan “Əl-Hacı Radvan Qüvvələri”nin komandir müavini Mustafa Əhməd Şahadinin öldürüldüyünü açıqlayıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri teleqram kanalında məlumat yayıb.

Məlumata görə, Şahadi dəfələrlə İsrailə qarşı hücumlara rəhbərlik edib. 2012-2017-ci illərdə o, Suriyada “Əl-Hacı Radvan Qüvvələri” bölməsinin hərbi əməliyyatlarına cavabdeh olub.

Qeyd olunub ki, Şahadinin öldürülməsi “Əl-Hacı Radvan Qüvvələri”nin imkanlarının zəiflədilməsi istiqamətində növbəti addımdır.

Oxşar xəbərlər

İsrail ordusu “Hizbullah”ın komandiri Aqilin öldüyünü təsdiqləyib
İsrail Hərbi Hava Qüvvələri Livanda "Hizbullah"ın 150-yə yaxın hədəfinə hücum edib
İsrail “Hizbullah” komandirlərinin öldürüldüyünü açıqlayıb
İsrail qırıcıları Beyrut hava limanı yaxınlığına zərbələr endirib
İsrail ordusu Hizbullah hədəflərinə yeni silsilə hava zərbələri endirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər