“Hizbullah”ın yeni baş katibi Həsən Nəsrullahın yolunu davam etdirəcəklərini vəd edib
sizinxeber.az xəbər saytı

“Hizbullah”ın yeni baş katibi Həsən Nəsrullahın yolunu davam etdirəcəklərini vəd edib


“Hizbullah”ın yeni baş katibi Naim Qasım bu vəzifəyə seçildikdən sonra ilk çıxışında tərəfdarlarına İsrail üzərində qələbə vəd edib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, həmçinin təşkilatın öldürülmüş lideri Həsən Nəsrullahın kursunu davam etdirəcəyini də vəd edib.

Hərəkatın rəhbəri qeyd edib ki, “Hizbullah” Qəzza zolağında Fələstin müqavimətinə dəstəyi dayandırmayacaq.

Xatırladaq ki, İsrail sentyabrın 23-də "Hizbullah" təşkilatının birləşmələrinə qarşı "Şimal oxları" əməliyyatına başlayıb və onun hərbi obyektlərinə kütləvi zərbələr endirib. Sentyabrın 27-də həyata keçirilən hücumlardan biri nəticəsində Beyrutda “Hizbullah”ın baş katibi Şeyx Həsən Nəsrullah öldürülüb.

Oxşar xəbərlər

İsrail Ordusu: "Hizbullah"ın yeni lideri Haşim Safuddin öldürülüb
“Hizbullah” yeni baş katibini seçib
“Hizbullah” lideri Həsən Nəsrullahın dəfn mərasimi oktyabrın 4-də keçiriləcək
İsrail Ordusu və Livan "Hizbullah" lideri Haşem Safiuddinin öldürüldüyünü təsdiqləyib
"Hizbullah" Həsən Nəsrullahın öldürüldüyünü təsdiqləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər