Mask Harrisin prezident seçiləcəyi təqdirdə, ABŞ-də sərt senzuranın tətbiq olunacağını iddia edib
ABŞ-də prezident seçkilərində demokratların namizədi və ölkənin hazırkı vitse-prezidenti Kamala Harrisin qələbəsi Birləşmiş Ştatlarda mətbuat senzurasının ciddi şəkildə sərtləşməsinə səbəb ola bilər.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bunu amerikalı sahibkar İlon Mask Pensilvaniya ştatında respublikaçıların prezidentliyə namizədi Donald Trampın dəstəyi üçün seçicilərlə görüşdə bildirib.
Onun fikrincə, hazırda dezinformasiya ilə mübarizə bəhanəsi ilə senzuranın qurulması üçün böyük səylər göstərilir.
“Düşünürəm ki, Kamala [Harris] rejimi gələrsə, bizi ciddi senzura gözləyəcək”, – Mask müvafiq suala cavabında bildirib.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
Oxşar xəbərlər
O, qalib gəlsə, ABŞ məhv olacaq - Mask
Mask: Kamala Harrisin qələbəsi ABŞ-ın sonu olacaq
İlon Mask Trampın administrasiyasında təmsil olunmaq istəyir
Trampla Harrisin seçim tərəddüdündə olan ştatlarda populyarlıq göstəriciləri bərabərləşib
Bayden prezident seçkilərində Kamala Harrisin namizədliyini dəstəkləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













