Kanada Hindistanın altı diplomatını ərazisindən çıxaracaq
Kanada hökuməti Hindistanın 6 diplomatını vətəndaşlarına qarşı törətdikləri qanunsuz hərəkətlərlə əlaqədar ölkədən çıxarmaq qərarına gəlib.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Xarici İşlər Nazirliyi bu gün açıqlayıb ki, Hindistanın altı diplomatı və konsulluq rəsmisi Hindistan hökuməti ilə əlaqəli agentlər tərəfindən Kanada vətəndaşlarına qarşı məqsədyönlü kampaniya ilə əlaqədar ölkə ərazisindən çıxarılma bildirişi alıb", - sənəddə qeyd olunur.
Bundan əvvəl Hindistanın Xarici İşlər Nazirliyi səfir səlahiyyətlərini icra edən Stüart Ross Uiler də daxil olmaqla altı kanadalı diplomatın, həmçinin onun müavini və dörd katibin ölkədən çıxarıldığını elan edib.
Xatırladaq ki, Hindistanın Xarici İşlər Nazirliyi dünən respublikanın Kanadadakı səfiri Sanjay Kumar Varma və bir sıra digər diplomatların təhlükəsizliyi ilə bağlı narahatlıqlarına görə geri çağırılması barədə qərar qəbul edib.
Oxşar xəbərlər
Hindistan XİN səfiri və bir neçə diplomatı Kanadadan geri çağırmaq qərarına gəlib
Hindistan altı kanadalı diplomatı ölkədən çıxaracaq
KİV: Kanada diplomatlarının ailələrini İsraildən İordaniyaya təxliyə edir
Makron Hindistana səfər edəcək
Kanada İranın hərbi rəhbərliyinə sanksiya tətbiq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













