Bayden qasırğaların fəsadlarının aradan qaldırılması üçün 612 milyon dollar ayırdığını elan edib
sizinxeber.az xəbər saytı

Bayden qasırğaların fəsadlarının aradan qaldırılması üçün 612 milyon dollar ayırdığını elan edib


Amerika administrasiyası “Milton” və “Helen” qasırğalarından zərər çəkmiş ştatlarda fəsadların aradan qaldırılması üçün 612 milyon dollar ayırır.

“Sizinxeber.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Florida ştatında çıxışı zamanı bildirib.

“Bir neçə gün ərzində 2 milyondan çox insan üçün elektrik təchizatı bərpa edilib və 43 ştat və Kanadadan olan on minlərlə enerji şirkəti işçisinin fasiləsiz işləməsi sayəsində daha çox insan yaxın vaxtlarda elektrik enerjisi alacaq. Bu gün mən fəxrlə “Helen” və “Milton” qasırğalarından zərər çəkmiş əhaliyə dəstək üçün altı yeni qabaqcıl layihəyə 612 milyon dollar ayrıldığını elan edirəm”, – dövlət başçısı qeyd edib.

Vəsait zərər çəkmiş bölgələrdə elektrik təchizatının bərpasına, həmçinin regionun enerji sisteminin təkmilləşdirilməsinə və təbii fəlakətlərə qarşı daha davamlı olmasına imkan verəcək.

Baydendən sonra çıxış edən energetika naziri Cennifer Qrenholm bildirib ki, ştatın zədələnmiş elektrik şəbəkələrinin təxminən 75 %-i artıq bərpa edilib, işlər oktyabrın 15-i axşama qədər başa çatdırılacaq.

Oxşar xəbərlər

Bayden “Milton” qasırğasından dəyən zərəri 50 milyard dollar qiymətləndirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çin daşqından zərər çəkmiş bölgələrə yardım üçün 65 milyon dollar ayırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Ağ evi “Helen” qasırğasının zərərçəkmişlərinə kömək etməməkdə ittiham edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Gürcüstandan təqribən 2,6 milyon dollar dəyərində elektrik enerjisi alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden “Milton” qasırğasına görə xaricə rəsmi səfərlərini təxirə salıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər