Bavariyanın baş naziri ölkənin tənəzzülü üçün məsuliyyəti Almaniya hökumətinin üzərinə qoyub
Almaniyada hakim “İşıqfor” koalisiyası (ASDP, “yaşıllar”, AADP) ölkədəki tənəzzülə görə məsuliyyət daşıyır.
“Sizinxeber.az” DPA-ya istinadən xəbər verir ki, bunu Bavariya Baş naziri, Xristian-Sosial İttifaqının (XSİ) lideri Markus Zöder partiyanın Auqsburqdakı qurultayında söyləyib.
O, ölkədəki vəziyyəti ciddi adlandırıb və hakim koalisiyanın “getməli olduğunu” əlavə edib.
“O, Almaniyanın tənəzzülünə görə məsuliyyət daşıyır”, – Markus Zöder bildirib. Regionun hökumət başçısı 2025-ci ilin sentyabrında keçiriləcək federal seçkilər ərəfəsində “zəif kompromislər dövrünün keçdiyini” vurğulayıb. Zöderin sözlərinə görə, artıq “qətiyyətsizlik” olmamalıdır.
Qeyd edək ki, daha əvvəl Almaniyanın aparıcı iqtisadi institutları cari ildə ölkə iqtisadiyyatının artım proqnozunu aşağı salıb. Onlara görə, Almaniyanın ÜDM-i 0,1 % azalacaq. Almaniyanın ÜDM-i cari ilin ikinci rübündə qiymət, mövsümi və təqvim düzəlişləri nəzərə alınmaqla 2024-cü ilin birinci rübü ilə müqayisədə 0,1 % azalıb. Bundan əvvəl Beynəlxalq Valyuta Fondu cari ildə Almaniyanın iqtisadi artım proqnozunu 0,3 faiz bəndi azaldaraq 0,2 %-ə endirib.
Oxşar xəbərlər
Bavariya Baş naziri: Almaniya Silahlı Qüvvələrinə “dron ordusu” lazımdır
Almaniyanın Solingen şəhərindəki bıçaqlı hücumun terror olması istisna edilmir
Almaniyanın müdafiə naziri: İsrailin müdafiəsində iştirakımız üçün Bundestaqın icazəsi lazımdır
KİV: İŞİD Almaniyanın Solingen şəhərindəki hücuma görə məsuliyyəti öz üzərinə götürüb
Almaniya 5 milyard avroluq büdcə kəsiri ilə üzləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bölgələrdə PENSİYALAR bu tarixdə ÖDƏNİLƏCƏK
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Azərbaycandan səsləri o açıqlayacaq
-
İrandan Hörmüzdə yeni mexanizm: Yalnız bu ölkələr...
