Sorğu: Amerikalılar prezident seçkiləri öncəsi iqtisadiyyatı əsas mövzu hesab edir
ABŞ seçicilərinin əksəriyyəti iqtisadi məsələlərin həllində vitse-prezident Kamala Harrisə yox, keçmiş prezident Donald Trampa etibar edirlər.
“Sizinxeber.az”un məlumatına görə, bunu “Gallup”un sorğusunun nəticələri göstərir.
Sorğunun nəticələrinə görə, respondentlərin 52 %-i prezident seçkilərində səs verərkən diqqət yetirəcəkləri ən mühüm aspekt kimi iqtisadiyyatı qeyd edib.
Rəyi soruşulanların 54 %-i Trampın iqtisadi məsələlərin həllində daha yaxşı iş görəcəyinə inandığını, 45 %-i isə iqtisadi məsələlərin həllini Harrisə həvalə etməyi üstün tutduğunu bildirib.
Bundan əlavə, respondentlər miqrasiya və xarici siyasət məsələlərində Trampa daha çox güvənirlər, Harrisə isə iqlim dəyişikliyi və səhiyyə məsələlərində daha çox etibar edilir.
“Gallup”un məlumatına görə, bu, sorğuda iştirak edənlərin 55 %-inin iqtisadiyyatın seçkilərdə kimə səs vermək məsələsinə çox ciddi təsir göstərdiyini söylədiyi 2008-ci ilin oktyabrından bu yana ən yüksək göstəricidir.
“Gallup”un sorğusu sentyabrın 16-dan 28-dək olan dövrdə qeydə alınmış 941 seçici arasında keçirilib. Araşdırmanın xəta göstəricisinin 4 faiz bəndi olduğu da vurğulanıb.
Oxşar xəbərlər
Sorğu: Harris vətəndaşlar arasında dəstək baxımından Trampı qabaqlayır
Trampın qardaşı oğlu: Əmim Donald dəlidir
“The Economist”: ABŞ-nin iqtisadi tənəzzülü Harrisin prezidentlik planlarına son qoya bilər
KİV: Amerikalıların əksəriyyəti Harrisin debatda Trampı məğlub etdiyini düşünür
Tramp seçkilərin nəticələrinə təsir edən ştatların çoxunda Harrisə uduzur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













