ABŞ-da prezidentliyə yeni namizəd müəyyənləşib
Kiçik Robert Kennedi ABŞ prezidentliyinə namizədliyini irəli sürmək üçün Yuta ştatında lazımi sayda imza toplayıb.
"Report"un məlumatına görə, bu barədə siyasətçinin rəsmi saytı məlumat yayıb.
Beləliklə, ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək yeni namizəd müəyyənləşib.
Yanvarın 3-də kiçik Kennedinin 50 ştatın hamısında səsvermə bülleteni ilə bağlı planlarını açıqlayacağı gözlənilir.
O, bundan əvvəl “Fox News”a müsahibəsində "Amerika hərbi imperiyası"nın “söküləcəyi”ni vəd etmişdi. Həmçinin ÇXR və Rusiya Federasiyasının təxribatlarına yönəlmiş "ehtiyatsız və döyüşkən" siyasətə son qoyacağına, habelə ABŞ-ın xaricdəki hərbi bazalarının əksəriyyətini ləğv edəcəyinə və ölkənin silahlı qüvvələrinin şəxsi heyətinin sayını azaldacağına söz verib.
Oxşar xəbərlər
Putin prezidentliyə namizədliyi barədə seçki komissiyasına məlumat göndərib
ABŞ prezidentliyinə namizəd seçiləcəyi təqdirdə Trampı əfv edəcəyinə söz verib
ABŞ-də prezidentliyə namizəd FTB-ni ləğv edəcəyini vəd edib
YAP 50 min seçicinin imzası olduğu vərəqələri MSK-ya təqdim edib
Zahid Orucun müdafiəsi üçün 40 mindən artıq imza toplanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













