Aİ vaxtı keçmiş COVID-19 dərmanlarına görə 2,2 milyard dollar itirə bilər
Avropa ölkələri 2024-cü ilin fevralına qədər koronavirus dərmanlarının istifadə müddəti bitdiyinə görə 2,2 milyard dollar itirə bilər.
“Report” xəbər verir ki, bu barədə “Financial Times” “Airfinity” analitik qrupunun statistikasına istinadən məlumat yayıb.
Böyük Britaniya, Fransa, İspaniya və İtaliya kimi ölkələr Amerikanın “Pfizer” şirkətinin vaxtı keçmiş peyvəndlərinə görə artıq təxminən 1,1 milyard dollar itirib. Fevral ayına qədər müddəti bitmiş dərmanların sayı 3,1 milyona çatacaq. Bu fenomen əhalinin dərman vasitələrinə çıxışına ciddi nəzarət və bazar ehtiyaclarının həddindən artıq qiymətləndirilməsi ilə əlaqələndirilir.
“Pfizer” şirkəti vaxtı keçmiş peyvəndlərin kütləvi şəkildə utilizasiyasını pandemiyanın qaçılmaz nəticəsi, istehsalçıların və hökumətlərin öz əhalisini qorumaq üçün ictimai sağlamlıq böhranını tez aradan qaldırmaq üçün birgə işləməsinin təbii nəticəsi adlandırıb.
Oxşar xəbərlər
BMT-nin 2024-cü il üçün büdcəsi təsdiqlənib
Afrikanın ən varlı adamı son bir ildə 3,6 milyard dollar itirib
“Xarici dövlət borcumuz 5 milyarda qədər enə bilər”
2024-cü ildə Afrikada aclıqdan əziyyət çəkən insanların sayı rekord həddə çatacaq
2023-cü ildə dünyanın ən zəngin ailələrinin adları açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











