Bayden Yaxın Şərqdə tammiqyaslı müharibənin qabaqlanmasının mümkünlüyünə inanır
sizinxeber.az xəbər saytı

Bayden Yaxın Şərqdə tammiqyaslı müharibənin qabaqlanmasının mümkünlüyünə inanır


Yaxın Şərqdə tammiqyaslı münaqişənin qarşısını almaq mümkündür.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden jurnalistlərlə söhbətində bildirib.

“Hesab etmirəm ki, tammiqyaslı müharibə başlayacaq. Düşünürəm ki, biz bunun qarşısını ala bilərik. Lakin bunun üçün hələ çox iş görmək lazımdır”, – Bayden söyləyib.

Bayden böyük münaqişənin qarşısının alınacağına nə qədər əmin olduğu barədə suala jurnalistin yağış yağmayacağına nə qədər əmin olduğu ilə bağlı əks sualla cavab verib.

Amerika lideri eyni zamanda ABŞ-nin İsrailə kömək üçün qoşun göndərib-göndərməyəcəyi ilə bağlı suala birbaşa cavab verməyib. “Biz artıq İsrailə kömək etmişik. Biz İsraili qoruyacağıq”, – o vurğulayıb.

Oxşar xəbərlər

Bayden itib
Bayden: Yaxın Şərqdəki vəziyyət regional müharibəyə çevrilə bilər
Bayden İranın Yaxın Şərqdə durumun gərginləşməsinə getməyəcəyinə ümid edir
Bayden: İranın İsrailə hücumu uğursuz oldu
Bayden: ABŞ Ukrayna qalib gələnə qədər dəstəyi davam etdirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər