KİV: “Hizbullah” arsenalının yarısını itirib
sizinxeber.az xəbər saytı

KİV: “Hizbullah” arsenalının yarısını itirib


Livanın “Hizbullah” hərəkatı İsrail silahlı qüvvələrinin atdığı addımlar nəticəsində arsenalının təxminən yarısını itirib.

“Report” xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı Avropa İttifaqındakı mənbəyinə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail tərəfi Livanın cənubuna hərbi müdaxilənin miqyasını bilərəkdən gizlədir.

Qeyd edək ki, “Hizbullah” baş katibinin müavini Naim Qasım sentyabrın 30-da etdiyi çıxışında hərəkatın İsrail qüvvələrinin Livan ərazisinə qurudan müdaxiləsi halında onları dəf etməyə hazır olduqlarını və düşmənin məqsədlərinə çatmasına imkan verməyəcəklərini söyləyib. O vurğulayıb ki, İsrail ordusu bütün səylərə baxmayaraq, “Hizbullah”ın hərbi potensialını məhv edə bilməyib və edə bilməyəcək.

Xatırladaq ki, İsrail sentyabrın 23-də Livandakı “Hizbullah” birləşmələrinə qarşı “Şimal oxları” adlı hərbi əməliyyata başlayıb və bu əməliyyat zamanı hərəkatın hərbi hədəflərinə kütləvi hücumlar həyata keçirir. Sentyabrın 17 və 18-də Livanda peycerlərin partlamasından və buna görə İsrailin günahlandırılmasından sonra ölkələr arasında münaqişənin gərginləşməsinin yeni mərhələsi başlayıb.

Oxşar xəbərlər

İsrail ordusu Hizbullah hədəflərinə yeni silsilə hava zərbələri endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail bir həftə ərzində “Hizbullah”ın raketlərinin yarısını məhv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu Livanda “Hizbullah”ın onlarla hədəfinə hücum edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu “Hizbullah”ın raket qüvvələrinin səhra komandirini öldürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Livandakı “Hizbullah”ın hədəflərinə yeni aviazərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər