Burkina-Fasoda keçmiş xarici işlər naziri qaçırılıb
sizinxeber.az xəbər saytı

Burkina-Fasoda keçmiş xarici işlər naziri qaçırılıb


Burkina-Fasonun keçmiş xarici işlər naziri (1994-1999), Ümumdünya Ticarət Təşkilatı rəhbərinin keçmiş müavini (1999-2002) Ablasse Uedraoqo üç gün əvvəl qaçırılıb.

"Report" xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, 70 yaşlı siyasətçi dekabrın 24-də axşam saatlarında özünü milli polisin üzvləri kimi təqdim edən şəxslər tərəfindən Uaqduqudakı evindən qaçırılıb.

Siyasətçidən heç bir xəbər yoxdur, onunla heç kim əlaqə saxlamayıb və onun dəqiq harada olduğu bilinmir. Partiya onu dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa çağırıb.

Qeyd edək ki, Uedraoqo müxalifətin üzvüdür və 2022-ci il sentyabrın sonunda dövlət çevrilişindən sonra hakimiyyətə gələn İbrahim Traore hökumətini kəskin tənqid edir.

Oxşar xəbərlər

İmran Xan zaminə buraxıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranın xarici işlər naziri Ermənistana səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaponiya Nazirlər Kabinetinin keçmiş baş katibi qalmaqalla bağlı dindirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Arayik Arutyunyan: “Özümü Azərbaycan vətəndaşı sayıram” [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Azərbaycanın həbs etdiyi erməni separatçılar barəsində istintaq davam edir” [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər