Slovakiyada daşqınlar ölkəyə 20 milyon avro ziyan vurub
sizinxeber.az xəbər saytı

Slovakiyada daşqınlar ölkəyə 20 milyon avro ziyan vurub


Slovakiyada daşqınlar nəticəsində dəymiş ziyan təxminən 20 milyon avro məbləğində qiymətləndirilir.

"Report" xəbər verir ki, bu barədə Slovakiya baş nazirinin müavini, ətraf mühitin mühafizəsi naziri Tomas Taraba sosial şəbəkə hesabında yazıb.

"Hesablamalara görə, ölkəyə dəymiş ziyanın məbləği 20 milyon avro civarındadır”, - o bildirib.

Dörd gündür davam edən yağışlı və küləkli hava şəraiti ən çox Slovakiyanın qərb ərazilərinə ziyan vurub.

Daha əvvəl Baş nazir Robert Fitso şiddətli yağışların səbəb olduğu daşqınların böyük ziyan vurduğunu, lakin dövlətin bunu kompensasiya edə biləcəyini söyləmişdi.

Oxşar xəbərlər

Qərbi Afrikada daşqınlar nəticəsində 70-dən çox adam ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər