Braziliyanın San-Paulu ştatının böyük bir ərazisi yanğına qərq olub
Braziliyanın San-Paulu ştatında həftənin ortalarında şəkər qamışı plantasiyalarında baş verən yanğın 50 min kv.m-dən çox ərazini bürüyüb.
“Sizinxeber.az” xarici mətbuata istinadən xəbər verir ki, ştat hökuməti yanğının söndürülməsində iştirak edən iki nəfərin həlak olduğunu bildirib.
Yerli “G1” portalının məlumatına görə, yanğının sürətlə yayılmasına bu ərazidə dörd aydır davam edən güclü külək və quraqlıq şərait yaradır. Qeyd olunub ki, cümə axşamı 11 milyondan çox əhalisi olan San-Paulu şəhərinin səması sarı rəngə dönüb.
Meteoroloqların fikrincə, bu, ştatın hər iki hissəsini bürümüş yanğınlardan yaranan tüstünün nəticəsidir. Belə ki, alov Amazon çayı bölgəsində daha geniş əraziyə yayılıb. San-Paulo hökuməti zərərçəkənlərə kömək etmək üçün böhran qərargahı yaradıb.
Oxşar xəbərlər
Aİ: Yunanıstanda meşə yanğını Manhettendən iki dəfə böyük ərazini əhatə edir
Rumıniyada təbiət parkında yanğın başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
