Harris və Trampın debatının tarixi açıqlanıb
ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harrisin debatı sentyabrın 10-da ABC telekanalında baş tutacaq.
“Report” xəbər verir ki, bu barədə telekanal bildirib.
“ABC News” sentyabrın 10-da ABC telekanalında prezidentliyə namizədlərin debatına ev sahibliyi edəcək. Vitse-prezident Harris və keçmiş prezident Tramp ABC debatlarında iştirak edəcəklərini təsdiqləyiblər”, – telekanalın paylaşımında diqqətə çatdırılıb.
qeyd edir ki, Tramp Floridadakı Mar-a-Laqo malikanəsində mətbuat konfransında çıxış edərək vitse-prezidentlə debatı “səbirsizliklə gözlədiyini” və qarşıdan gələn debat tarixləri ilə bağlı razılığa gəldiyini söyləyib: sentyabrın 4-də “Fox News”da, sentyabrın 10-da ABC-də və sentyabrın 25-də NBC-də.
Tramp əlavə edib ki, tamaşaçılar və yer də daxil olmaqla, “xırda təfərrüatlar” üzərində hələ də iş gedir. O həmçinin Harrisin debatın bütün şərtləri ilə razılaşacağına şübhə etdiyini vurğulayıb.
Daha əvvəl ABC-də debata razılıq verən Harris cümə axşamı daha sonra iştirak edəcəyini təsdiqləyib və gələcək debatları müzakirə etməkdən “xoşbəxt olacağını” söyləyib.
Oxşar xəbərlər
ABC Tramp-Harris debatı ilə bağlı məlumatı təsdiqləyib
Donald Tramp əsas rəqibi Kamala Harrislə debata çıxacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
