Dünənki avtobus qəzasında yaralanan 14 nəfərin vəziyyəti açıqlandı
sizinxeber.az xəbər saytı

Dünənki avtobus qəzasında yaralanan 14 nəfərin vəziyyəti açıqlandı




Ötən gün Bakı-Sumqayıt magistralında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunan 19 nəfərdən 14-ü artıq ambulator müalicə üçün evə buraxılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, digər 5 nəfərin isə müalicəsi tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir.

Bildirilib ki, onlardan qapalı kəllə-beyin travması, sol dizin qapalı sınığı diaqnozları ilə Reanimasiya şöbəsində müalicəsi davam etdirilən 1993-cü il təvəllüdlü (kişi cinsli) şəxsin vəziyyəti ağır qiymətləndirilir. Həmin şöbədə qapalı kəllə-beyin travması diaqnozu ilə müalicə alan 1961-ci il təvəllüdlü şəxsin (qadın cinsli) vəziyyəti orta ağırdır.

Vurğulanıb ki, qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozları qoyulan 1986 və 1988-cu il təvəllüdlü şəxslərin (qadın cinsli) müalicəsi isə Neyrocərrahiyyə şöbəsində davam edir. Vəziyyətləri orta ağır qiymətləndirilir.

1980-ci il təvəllüdlü şəxs (qadın cinsli) isə sağ qabırğanın sınığı diaqnozu ilə Travmatologiya şöbəsində müalicə alır və vəziyyəti orta ağırdır.

Qeyd edək ki, avqustun 2-si saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşrut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşrut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub. Hadisə nəticəsində 1 nəfər ölüb, 19-u isə həyatını itirib.

BAKU.WS

Oxşar xəbərlər

Ötən gün Bakı-Sumqayıt yolundakı qəzada yaralanan 14 nəfər evə buraxılıb, 5-nin müalicəsi davam etdirilir
Güclü külək səbəbindən üç nəfər xəsarət alıb: Birinin vəziyyəti ağırdır
Sumqayıtda evə silahlı basqında yaralananların vəziyyəti AÇIQLANDI
Abşeronda avtomobillə vurulan 82 yaşlı kişi ağır yaralanıb
Binəqədi rayonunda baş verən yanğında altı nəfər xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər