Konqo və Uqandanın hərbi qüvvələri onlarla yaraqlını məhv edib
Konqo Demokratik Respublikası və Uqandanın hökumət bölmələri son yeddi gündə "Demokratik Qüvvələrin Alyansı" (DQA) ekstremist qruplaşmasının 20-dən çox döyüşçünü məhv edib.
"Sizinxeber.az" Okapı radiostansiyasına istinadən xəbər verir ki, bu barədə Konqo ordusunun rəsmi nümayəndəsi, leytenant Jül Nqonqo bildirib.
"İturi əyalətinin Mambasa bölgəsindəki Lolva meşə massivində yaraqlılar məhv edilib. Konqo və Uqanda hökumət qüvvələrinin itkiləri beş ölü və iki yaralıdır", - o deyib.
Konqo və Uqanda bölmələrinin DQA döyüşçülərinə qarşı birgə əməliyyatı iki həftə əvvəl başlayıb. Yaraqlılar nizamsız şəkildə Konqonun qərbinə geri çəkilir, yoldakı kəndləri qarət ediblər. Mambas bölgəsindən Qaçqınların köçü başlayıb.
Nqonqo hökumət qüvvələrinin ayrı-ayrı DQA qruplaşmalarının birləşməsinin qarşısını almaq üçün manevr etdiyini bildirdi.
Oxşar xəbərlər
BMT sülhməramlılarını Konqo Demokratik Respublikasından çıxarmağa başlayıb
Konqo Demokratik Respublikası Çindən sərmayə istəyir
Konqoda silahlı şəxslər 23 nəfəri öldürüb
Konqonun şərqində silahlılar azı 38 nəfəri öldürüb
Konqo DR-də konsert zamanı izdihamda 9 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













