Haniyənin öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası fövqəladə iclas keçirəcək
Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmayıl Haniyənin İranda öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası (TŞ) iyulun 31-də fövqəladə iclas keçirəcək.
“Report” xəbər verir ki, bu barədə BMT TŞ-nin dövri sədri Rusiyanın dünya təşkilatındakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.
“İranın Çin, Əlcəzair və Rusiya tərəfindən dəstəklənən sorğusu ilə sədrliyimiz Nyu-York vaxtı ilə 31 iyul saat 16:00-da (Bakı vaxtı ilə avqustun 1-i saat 00:00-da) Tehranda HƏMAS Siyasi Bürosunun rəisi İ.Haniyənin öldürülməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını təyin edib”, – diplomat qeyd edib.
Xatırladaq ki, İ.Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda öldürülüb. O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.
Oxşar xəbərlər
İranın Təhlükəsizlik Şurası Haniyənin ölümünə görə qisas alınacağını bəyan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Haniyə sabah Tehranda dəfn olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranda üçgünlük matəm elan edilib - YENİLƏNİB - 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranda HƏMAS liderinin öldürülməsindən sonra fövqəladə iclas keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












