Slovakiya və Macarıstanın Aİ-dən tələbi: "Dostluq" kəməri ilə neftin tədarükü təmin edilməlidir
Slovakiya və Macarıstan Avropa Komissiyasına "Dostluq" neft kəməri ilə Rusiya neftinin tədarükündə fasilələrlə bağlı şikayət edib.
"Report" xəbər verir ki, bu barədə Slovakiya nəşrləri məlumat yayıb.
Bildirilir ki, Slovakiya xarici işlər naziri Yuray Blanar və Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto adından məktub Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və enerji məsələləri üzrə Avropa komissarı Dan Yorgensenə göndərilib.
Məktubda qeyd olunub ki, hadisə ilə əlaqədar tədarük azı beş gün müddətinə dayandırıla bilər. Bu baxımdan, Avropa Komissiyasının bu ilin yanvarında vəd etdiyi tədarükün təhlükəsizliyinə dair zəmanətləri təmin etməsi tələb olunur.
"Dostluq" neft kəmərinə qısa müddət ərzində üçüncü dəfə hücum edilib.
"Report" xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto sosial şəbəkələrdə məlumat yayıb.
"Bu, ölkəmizin enerji təhlükəsizliyinə növbəti hücumdur. Macarıstana xam neft daşınması yenidən dayandırılıb!", - o qeyd edib.
Qeyd edək ki, "Dostluq" neft kəməri ilə Rusiya nefti Avropaya nəql olunur. Kəmər gündəlik 2 milyon barel ötürmə qabiliyyətinə malikdir.
Oxşar xəbərlər
Siyarto: Macarıstan və Slovakiya Rusiyadan neft və qazdan imtina planına qarşı çıxacaq
Macarıstan və Slovakiya Rusiyaya qarşı 18-ci sanksiya paketinin qəbul edilməsini bloklayıb
Slovakiyalı nazir AK-nın neft tranziti məsələsinin həllində fəaliyyətsizliyini qeyd edib
Aİ-nin ali nümayəndəsi Rusiyaya qarşı sanksiyaların uzadılacağına ümid edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
