Aİ 750 milyard dollarlıq ABŞ enerji resursları almağa razılaşıb
Avropa İttifaqı (Aİ) ABŞ-dən ümumilikdə 750 milyard dollar dəyərində enerji resursları almaq və ABŞ iqtisadiyyatına əlavə 600 milyard dollar investisiya qoymaq niyyətini təsdiqləyib.
“Sizinxeber.az”un xəbərinə görə, bu barədə ABŞ-nin ticarət naziri Hovard Lutnik “X” sosial şəbəkəsində məlumat verib.
“ABŞ və Aİ arasında qarşılıqlı, ədalətli və balanslı ticarətlə bağlı tarixi çərçivə sazişimiz üzərində işi başa çatdırdıq. Aİ 20 trilyon dollarlıq – ABŞ-dən sonra dünyada ikinci ən böyük olan bazarını açmağa razı oldu”, - o yazıb.
Lutnik qeyd edib ki, bu saziş Donald Trampın prezidentliyi dövründə Avropanın enerji tələbatının 750 milyard dollarlıq hissəsini təmin edir, Aİ şirkətləri isə ABŞ-də əlavə olaraq yeni layihələrə 600 milyard dollar sərmayə qoyacaq.
Oxşar xəbərlər
Avropa İttifaqı ABŞ-dan 750 milyard dollar dəyərində enerji resursları alacaq
Tramp: Avropa İttifaqı ABŞ-dan 750 milyard dollar dəyərində enerji resursları alacaq
Bəhreyn ABŞ iqtisadiyyatına 17 milyard dollar sərmayə qoyacaq
Tramp Aİ-yə ABŞ-dən 1 trilyon dollar dəyərində enerji resursları almağı təklif edib
AK: Aİ ABŞ-yə 600 milyard dollar sərmayə qoymaq vədlərini öhdəlik kimi qəbul etmir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













