Tramp Aİ-yə ABŞ-dən 1 trilyon dollar dəyərində enerji resursları almağı təklif edib
sizinxeber.az xəbər saytı

Tramp Aİ-yə ABŞ-dən 1 trilyon dollar dəyərində enerji resursları almağı təklif edib


ABŞ Prezidenti Donald Tramp Avropa mallarına tətbiq etdiyi 30 faizlik gömrük rüsumlarının azaldılması müqabilində Avropa İttifaqına (Aİ) Birləşmiş Ştatlardan 1 trilyon dollar dəyərində enerji daşıyıcıları almağı təklif edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri Ağ Evin nümayəndəsinə istinadən yayıb.

"Əvvəlcə rəqəmlər kifayət qədər real idi, sonra prezident dedi: "Məncə, siz mənim prezidentlik müddətim ərzində 1 trilyon dollar dəyərində enerji resursları almalısınız". Nəticədə onlar 750 milyard dollarlıq məbləğin üzərində dayandılar, hərçənd bu məbləğ də sizə olduqca çox görünə bilər", - mənbə bildirib.

Eyni zamanda, nəşrin yazdığına görə, Aİ üç il ərzində ABŞ-dən 750 milyard dollar dəyərində enerji daşıyıcıları almaq öhdəliyinə görə tənqidləri yumşaltmağa çalışır, çünki hətta bu azaldılmış məbləğ belə bazar analitiklərinin və "yaşıl" gündəmin tərəfdarlarının narahatlığına səbəb olub.

Oxşar xəbərlər

Tramp: Avropa İttifaqı ABŞ-dan 750 milyard dollar dəyərində enerji resursları alacaq
Avropa İttifaqı ABŞ-dan 750 milyard dollar dəyərində enerji resursları alacaq
ABŞ 10 ildə idxal rüsumlarından 6 trilyon dollar gəlir əldə edəcək
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
ABŞ ilə Aİ arasında ticarət sazişi imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər