sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Niderland Polşaya 300-ə yaxın hərbçi göndərməyi planlaşdırır
Niderland Polşanı hava hücumundan müdafiə (HHM) sistemləri ilə təmin edəcək və 300 hərbçisini ölkədə yerləşdirəcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə krallığın müdafiə naziri vəzifəsini icra edən Ruben Brekelmans bildirib.
“Niderland Polşanı HHM sistemləri ilə təmin edəcək. “Patriot” batareyaları, NASAMS, dron əleyhinə sistemlər və 300 hərbçi kontingenti ilə biz onlara NATO ərazisini qorumaq və Ukraynanı dəstəkləmək üçün qabaqcıl imkanlar təklif edəcəyik”, - o, “X” sosial şəbəkəsində yazıb.
Oxşar xəbərlər
Niderland Ukraynaya 500 milyon avro dəyərində ABŞ silahları verəcək
Niderland Ukraynaya 42,6 milyon avroluq PUA verəcək
Niderland Ukraynaya ABŞ istehsalı hərbi texnika göndərən ilk NATO ölkəsi olacaq
Niderland öz tank batalyonunu yaratmaq niyyətindədir
Niderland və Belçika ilk dəfə olaraq minatutan gəmilərini Ukraynaya təhvil verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













