Niderland Ukraynaya 500 milyon avro dəyərində ABŞ silahları verəcək
Niderland Ukraynaya "Patriot" sisteminin komponentləri və raketləri də daxil olmaqla, 500 milyon avro dəyərində ABŞ silahları verəcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri vəzifəsini icra edən Ruben Brekelmans "X" sosial şəbəkəsində məlumat verib.
"Ukraynanın təcili olaraq əlavə hava hücumundan müdafiə sisteminə və döyüş sursatına ehtiyacı var. Niderland 500 milyon avro dəyərində ABŞ silahlarını ("Patriot" sisteminin komponentləri və raketləri də daxil olmaqla) təqdim edən ilk NATO ölkəsi oldu", - o qeyd edib.
R. Brekelmansın sözlərinə görə, silahların tədarükü Ukraynaya təkcə ölkənin deyil, bütün Avropanın təhlükəsizliyini təmin etməyə kömək edəcək.
Oxşar xəbərlər
Niderland Ukraynaya 42,6 milyon avroluq PUA verəcək
Niderland Ukraynaya 271 milyon avro ayıracaq
Niderland Ukraynaya ABŞ istehsalı hərbi texnika göndərən ilk NATO ölkəsi olacaq
Niderland Ukraynaya 28 ədəd “Vikinq” təhvil verəcək
Niderland Ukraynaya dəyəri 400 milyon avro olan yeni yardım paketi ayıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













