Niderland və Belçika ilk dəfə olaraq minatutan gəmilərini Ukraynaya təhvil verib
Niderland və Belçika ilk dəfə Kiyevə "BNS Narcis" və "Zr.Ms. Vlaardingen" minatutan gəmiləri təhvil verib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.
Bildirilib ki, minatutan gəmilərin təhvil verilməsi Zeyebrüggedəki dəniz bazasında baş tutub.
“Minaaxtaran gəmilər yeni fəsilə – fərqli bayraq altında və yeni missiya ilə başlayırlar”, — Niderland müdafiə nazirinin səlahiyyətlərini icra edən Ruben Brekelmans deyib.
İlin sonunda ölkələr Kiyevə daha bir gəmi — "Zr.Ms. Makkum"u göndərəcəklər.
Xatırladaq ki, iyunun 24-də Brekelmans Niderland iqtidarının Ukraynaya 175 milyon avro dəyərində yeni hərbi yardım paketi ayırmağa qərar verdiyini açıqlamışdı. Paketə radar sistemləri və dronlar daxil olacaq.
Oxşar xəbərlər
Niderland Ukraynaya dəyəri 400 milyon avro olan yeni yardım paketi ayıracaq
Niderland Ukraynaya 25 zirehli maşın göndərəcək
Niderland Ukraynaya 28 ədəd “Vikinq” təhvil verəcək
Ukraynaya “Patriot” kompleksi üçün radar verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













