Finlandiyalı deputat parlament binasında intihar edib
sizinxeber.az xəbər saytı

Finlandiyalı deputat parlament binasında intihar edib


Finlandiyalı deputat çərşənbə axşamı parlament binasında intihar edib.

"Report"un məlumatına görə, bu barədə "Yle" portalı Helsinki polis idarəsindəki mənbəyə istinadən yazır.

Həlak olan deputatın şəxsiyyəti məlumdur, lakin onun adı yalnız qohumları ilə əlaqə qurulduqdan sonra açıqlanacaq.

"Çərşənbə axşamı parlament binasında bir nəfər həlak olub. Polisə zəng Təcili Yardım Mərkəzi vasitəsilə saat 11:06-da daxil olub", - mənbə bildirir.

Polis ölüm faktı ilə bağlı araşdırma aparır. Hüquq-mühafizə orqanları zorakı ölüm əlamətlərinin aşkar edilmədiyini qeyd edirlər.

Hadisə yerində bir neçə polis patrulu və tibb işçiləri çalışır.

Oxşar xəbərlər

Fransada deputat intihar edib
Tbilisidə parlament binası yaxınlığında etirazçılarla polis arasında toqquşma olub
Suriyada partlayış zamanı 3 polis ölüb, xəsarət alanlar var
Moskvada yaşayış binasında baş verən partlayış nəticəsində üç nəfər həlak olub
ABŞ-də baş verən atışmada altı nəfər öldürülüb - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər