ICAN: ABŞ bir ay ərzində İngiltərəyə ən azı 20 nüvə bombası yerləşdirə bilərdi
ABŞ-ın iyul ayında Şərqi İngiltərədəki əsas aviabaza olan Leykenhitdə ən azı 20 ədəd “B61-12” nüvə bombası yerləşdirməsi ehtimalı var.
“Sizinxeber.az”un xəbərinə görə, bunu “RİA Novosti”yə Nüvə Silahlarının Ləğv edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) media departamentinin rəhbəri Alister Burnett deyib.
İyul ayında “UK Defence Journal” ABŞ-nin son 17 ildə ilk dəfə olaraq Böyük Britaniyada Leykenhitdə nüvə silahı yerləşdirdiyini bildirib. “ICAN” bu məlumatı təsdiqləyib.
“Nüvə silahları ilə bağlı ifrat məxfiliyi nəzərə alaraq, onların nə qədər döyüş başlığı yerləşdirdiyini söyləmək çətindir. Ən yaxşı hesablama odur ki, hazırda ABŞ-ın NATO-nun digər 5 ölkəsində 100-ə yaxın bombası var. Böyük Britaniyada yəqin ki, ən azı 20 bomba var”, - mənbə bildirib.
Oxşar xəbərlər
KİV: ABŞ gələcəkdə İngiltərədə taktiki nüvə silahı yerləşdirə bilər
ABŞ nüvə triadasının üçdə ikisi döyüşə hazır vəziyyətdədir
Blinken İranın nüvə bombası yaratması üçün mümkün vaxt çərçivəsini açıqlayıb
Netanyahu: İran İsrailə qarşı nüvə silahından istifadə etməyə hazırdır
Quterriş: Dünya yenidən nüvə silahından istifadə təhlükəsi ilə üz-üzədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













