Avropa iyulda LNG idxalını ötən illə müqayisədə 37 faiz artırıb
sizinxeber.az xəbər saytı

Avropa iyulda LNG idxalını ötən illə müqayisədə 37 faiz artırıb


Avropa iyul ayında mayeləşdirilmiş təbii qaz (LNG) idxalının rekord sürətini yavaşlatsa da, alış rəqəmləri hələ də kifayət qədər yüksəkdir və illik müqayisədə 2024-cü ili xeyli üstələyir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Gas Infrastructure Europe” (GIE) assosiasiyasının məlumatında deyilir.

Məlumata görə, iyulda Avropa terminallarından Aİ-nin qaz ötürücü sisteminə LNG axını təqribən 11,3 milyard kubmetr təşkil edib ki, bu da iyun ayı ilə müqayisədə 8 % azdır, amma 2024-cü ilin iyul ayı ilə müqayisədə 37 % çoxdur.

Ümumilikdə bu ilin yanvar-iyul aylarında terminallardan Avropa qaz ötürmə sisteminə LNG tədarükü rekord səviyyədə qalıb və 83 milyard kubmetri keçib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 23 % çoxdur.

Daha əvvəl Beynəlxalq Enerji Agentliyi Avropanın LNG idxalının ilin birinci yarısında tarixi maksimuma çatdığını və 2025-ci il ərzində rekord göstəriciləri qoruya biləcəyini bildirmişdi.

Oxşar xəbərlər

Avropaya qaz təchizatında bu il Azərbaycanın payı təxminən 3 % təşkil edib
Azərbaycan Türkiyəyə qaz nəqlini 10 %-dən çox artırıb
Yaponiya Rusiya ilə ticarəti maksimum azaldıb
ABŞ-dən Avropaya mayeləşdirilmiş təbii qaz ixracı 10 ayda 23 % azalıb
Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 20 %-dən çox artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle