Avropaya qaz təchizatında bu il Azərbaycanın payı təxminən 3 % təşkil edib
sizinxeber.az xəbər saytı

Avropaya qaz təchizatında bu il Azərbaycanın payı təxminən 3 % təşkil edib


Avropada aprel ayında mayeləşdirilmiş təbii qaz (LNG) idxalı üzrə mütləq rekord qeydə alınıb.

"Report" xəbər verir ki, bunu "Gas Infrastructure Europe"un (GIE) məlumatları sübut edir.

Aprel ayının yekunları üzrə, Avropa terminallarından İttifaqın qaz nəqliyyat sisteminə LNG axınları təxminən 12,8 milyard kubmetr təşkil edib. Bu da mart ayı ilə müqayisədə 1 %, 2024-cü ilin aprel ayı ilə müqayisədə isə 20 % çoxdur.

Bu göstərici, cari ilin mart ayının əvvəlki maksimumunu (12,7 milyard kubmetr) keçərək, tarixi rekordu keçib.

Yanvar-aprel aylarının nəticələrinə görə, terminallardan Avropanın qaz nəqliyyat sisteminə LNG daxilolmaları təxminən 46,8 milyard kubmetr təşkil edib. Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 % çoxdur.

Avropa Qaz Ötürmə Sistemləri Operatorları Şəbəkəsinin (ENTSOG) aprelin 20-nə olan məlumatına görə, 2025-ci ildə LNG tədarükü Avropanın qaz mənbələri arasında 33,6 % payla birinci yerdədir. İkinci yerdə 27,2 % payla anbarlardan qaz çıxarılması, üçüncü yerdə isə 22,2 % payla Şimal dənizindən tədarüklər (əsasən Norveç qazı) gəlir.

Bu, Şərqdən tədarük göstəricilərini (Rusiya qazı, Ukrayna qaz tədarükləri, həmçinin Avropa şirkətlərinin Ukraynanın yeraltı qaz anbarlarından öz qazlarını çıxarması) - 3,8 % üstələyib. Şimali Afrikadan qaz tədarükləri 8,2 %, Azərbaycandan - 2,8 %, Böyük Britaniyadan - 2,3 % təşkil edib.

Oxşar xəbərlər

ABŞ-dən Avropaya mayeləşdirilmiş təbii qaz ixracı 10 ayda 23 % azalıb
Azərbaycan I rübdə TANAP ilə qaz nəqlini 8 %-ə yaxın artırıb
Bu il Azərbaycan Avropaya qaz ixracını 10 %-dən çox artırıb
Çin Rusiyadan neft idxalını təxminən 15 % azaldır
Hesablama Palatası: Azərbaycan bu il 38 milyard kubmetrə yaxın əmtəəlik qaz hasil edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle