KİV: Netanyahu Qəzzada hərbi əməliyyatlarla bağlı qərarını təxirə salıb
İsrailin Baş naziri Binyamin Netanyahu HƏMAS-ın atəşkəslə razılaşmadığı təqdirdə İsrail ordusunun Qəzzada hansı addımı atacağı ilə bağlı qərarını təxirə salıb.
“Report” xəbər verir ki, bu barədə CNN telekanalı vəziyyətlə tanış olan mənbəyinə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, artıq bu həftə qərar verilməyəcək.
Bu, İsrail hökuməti arasında Qəzzada sonrakı addımlarla bağlı daxili fikir ayrılıqları fonunda baş verir.
Mənbə vurğulayıb ki, HƏMAS razılaşmadan imtina edərsə, nəzərdən keçirilən ideyalardan biri Qəzzanı və digər məskunlaşmış əraziləri mühasirəyə almaq, digəri isə şəhəri tamamilə ələ keçirməkdir. Mənbə əlavə edib ki, müxtəlif nazirlər müxtəlif planları dəstəkləyirlər.
Xatırladaq ki, cümə axşamı yüksək vəzifəli İsrail rəsmisi HƏMAS-ın atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqlardan çıxmasıyla əlaqədar İsrail və ABŞ-nin Qəzzadakı vəziyyətlə bağlı yeni anlayış formalaşdırdıqlarını bildirib. “Eyni zamanda, İsrail və ABŞ Qəzzada hərbi əməliyyatları davam etdirərkən humanitar yardımın həcmini artırmağa çalışacaqlar”, - rəsmi əlavə edib.
Oxşar xəbərlər
İsrail ABŞ-nin Qəzzada atəşkəs təklifini qəbul edib
İsrail Qəzzada atəşkəslə bağlı HƏMAS-dan cavab alıb
İsrail Qəzzada planlaşdırılan atəşkəsi təxirə salıb
Netanyahu: İsrail və HƏMAS Qəzzada atəşkəs razılaşmasına yaxınlaşırlar
Netanyahu: İsrail Qəzza razılaşmasının şərtlərini qəbul edib, növbə HƏMAS-dadır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











