Tramp Merdokdan 10 milyard dollar təzminat tələb edir
ABŞ Prezidenti Donald Tramp media maqnatı Rupert Merdokdan reputasiyasına dəyən ziyana görə 10 milyard dollar təzminat tələb edir.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Florida ştatının Cənub dairəsi üzrə məhkəmənin elektron məlumat bazasında dərc edilmiş sənəddə deyilir.
Tramp Merdoka qarşı iddiaya andlı iclasçılar məhkəməsində baxılmasını tələb edib.
Qeyd edək ki, buna səbəb Merdokun "The Wall Street Journal"da Trampın yetkinlik yaşına çatmayanlara təcavüz etməkdə ittiham olunan amerikalı maliyyəçi Cefri Epşteynə göndərdiyi iddia edilən məktubla bağlı məqalənin dərc etdirməsidir.
Xatırladaq ki, Ceffri Epşteyn 2019-cu ildə məhkəmə prosesini gözlədiyi həbs kamerasında ölü tapılmışdı. Araşdırmanın nəticələrinə görə, onun intihar etdiyi elan edilib. Epşteyn müxtəlif məşhur və varlı insanlara yetkinlik yaşına çatmayan qızları "təmin etməkdə" ittiham olunub.
Oxşar xəbərlər
Tramp "Wall Street Journal" nəşrini məhkəməyə verir
İlon Mask: Trampın adı azyaşlıların cinsi istismarı ilə bağlı sənədlərdə yer alır – buna görə onlar ictimailəşdirilmir
Mask Trampın Ceffri Epşteynlə əlaqələrinə dair postu silib
Tramp 2022-ci ildə aparılmış axtarışa görə hökumətdən 100 milyon dollar təzminat tələb edəcək
Tramp media maqnatı Murdokun məhkəmədə ifadə verməsini səbirsizliklə gözlədiyini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













