Britaniya Rusiya rəsmilərinə yeni sanksiyalar tətbiq edib
sizinxeber.az xəbər saytı

Britaniya Rusiya rəsmilərinə yeni sanksiyalar tətbiq edib


Böyük Britaniya Rusiyaya yeni sanksiyalar tətbiq edib.

"Report" xəbər verir ki, bu barədə Britanita hökumətinin saytında yenilənmiş "qara siyahının" məlumatlarından bəlli olub.

Siyahıya əsasən, Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi general-mayor Aleksey Rtişev və onun müavini general-mayor Andrey Marçenko barəsində sanksiyalar tətbiq olunub.

Bundan əlavə, Moskva vilayətində yerləşən Tətbiqi Kimya Elmi-Tədqiqat İnstitutuna qarşı məhdudiyyətlər tətbiq edilib.

Sanksiyalar Birləşmiş Krallığa giriş qadağasını və aktivlər aşkar edildiyi təqdirdə onların dondurulmasını nəzərdə tutur.

Oxşar xəbərlər

Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
Britaniya Gürcüstanın baş prokuroru və DİN rəsmilərinə qarşı sanksiyalar tətbiq edib
Britaniya moldovalı deputat və gürcü hakimlərə qarşı sanksiyalar tətbiq edib
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle