KİV: PKK-nın tərksilah prosesi 10 gün ərzində baş tutacaq
sizinxeber.az xəbər saytı

KİV: PKK-nın tərksilah prosesi 10 gün ərzində baş tutacaq


PKK terror təşkilatının 50 yaraqlıdan ibarət ilk qrupu 10 gün ərzində İraqın şimalındakı Dəhuk şəhərində silahlarını təhvil verəcək.

"Sizinxeber.az"un Türkiyənin "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, əvvəllər özünü buraxdığını elan edən təşkilatın tərksilah olunması prosesi sentyabra qədər başa çata bilər.

Bildirilir ki, döyüşçülərin silahlarını təhvil verməsi Türkiyə, İraq mərkəzi hakimiyyəti və İraq Kürdüstanı administrasiyasının nümayəndələrinin nəzarəti altında həyata keçiriləcək. "Hürriyet" vurğulayır ki, sözügedən proses digər ölkələrin və BMT-nin nümayəndələrinin iştirakı olmadan baş tutacaq: "Bütün terror düşərgələri daha sonra İraq hakimiyyətinin nəzarətinə keçəcək".

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik jurnalistlərin PKK-nın tamamilə tərksilahının müddəti ilə bağlı suallarını cavablandırarkən bunun yaxın vaxtlarda baş verə biləcəyini bildirib: "Mən konkret müddət demək istəmirəm... Biz bunun yaxın günlərdə baş verə biləcəyi mərhələyə çatmışıq. Bu, Türkiyəni terrordan xilas etmək baxımından son dərəcə vacibdir".

Xatırladaq ki, 5-7 may tarixlərində keçirilən PKK-nın 12-ci qurultayında terror təşkilatı özünü buraxması barədə qərar qəbul edilib.

Oxşar xəbərlər

Ömər Çelik: PKK-nın ləğvi "terrorsuz Türkiyə" hədəfi üçün önəmli mərhələdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Türkiyə Silahlı Qüvvələri İraq hərbçilərinə təlim keçəcək, terrorla mübarizə güclənir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə Ordusu İraq və Suriyada üç terrorçunu öldürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə ordusu İraq və Suriyada daha yeddi terrorçu öldürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: PKK terror təşkilatı qurultay keçirərək özünü buraxacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle