Viktor Orban: Avropa ABŞ-dəki prezident seçkilərindən əvvəl sülh siyasətini qəbul etməlidir
Baş nazir Viktor Orban rəsmi Brüsseli Macarıstanın missiyasını müharibə tərəfdarı adlandırdığına görə tənqid edib və sülh naminə addımlar atdığını bildirib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Macarıstanın Baş nazirinin mətbuat katibi Zoltan Kovaç “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
Bildirilib ki, Macarıstanın Baş naziri qarşıdan gələn ABŞ seçkilərinə toxunaraq "Tramp qapıdadır" deyib.
"Avropa ABŞ-dəki prezident seçkilərindən əvvəl sülh siyasətini qəbul etməsə, Donald Trampın qələbəsindən sonra bunu biabırçı şəkildə və təkbaşına etməli olacaq. Aİ-nin təsis müqaviləsində açıq şəkildə “İttifaqın məqsədi sülhdür” yazılıb. Macarıstanın sülh missiyası başlayandan bəri dialoqlar da başlayıb. ABŞ və Rusiya xarici işlər nazirləri danışıb, İsveçrə və Rusiya xarici işlər nazirləri görüşüb. Ukrayna Prezidenti Volodimir Zelenski nəhayət Donald Trampa zəng edib və Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Pekinə səfər edib", - V.Orban əlavə edib.
️: "Time is on the side of peace politics."
— Zoltan Kovacs (@zoltanspox)
Referring to the upcoming U.S. elections, PM Orbán stated, "Trump ante portas." He suggested that if Europe doesn't adopt peace policies before the American presidential election, it will have to do so shamefully and…
Oxşar xəbərlər
KİV: Viktor Orban Zelenski ilə görüşməyə razılıq verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan: Macarıstanı Aİ sədrliyindən uzaqlaşdırmağa çalışırlar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə Prezidenti Macarıstanın Baş nazirinə TOGG avtomobili hədiyyə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dmitri Medvedev: Ukrayna Rusiya ərazisidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kuleba Rusiya ilə sülhdən danışıb: Heç kim Ukraynaya təzyiq göstərə bilməz [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












