Türkiyə Prezidenti Macarıstanın Baş nazirinə TOGG avtomobili hədiyyə edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
dek
2023
03:04

Türkiyə Prezidenti Macarıstanın Baş nazirinə TOGG avtomobili hədiyyə edib

19 dek, 2023
03:04
1 009

Türkiyə Prezidenti Macarıstanın Baş nazirinə TOGG avtomobili hədiyyə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası ərəfəsində Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.

“Report” bu barədə Türkiyə liderinin rəsmi saytına istinadən xəbər verir.

Ərdoğan iki ölkə arasında əlaqələrin 100-cü ildönümü münasibətilə Orbana “HU TR-100” dövlət nömrə nişanlı TOGG elektrik avtomobili hədiyyə edib. Orban da öz növbəsində Türkiyə liderinə macar atı hədiyyə edib.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan Viktor Orbanın dəvəti ilə Macarıstana rəsmi səfərə gəlib.

Bu gün səhər saatlarında Ərdoğan Macarıstan Prezidenti Katalin Novak ilə də görüşüb.

Bizimlə əlaqə saxlayın