Le Pen: Makron Fransa parlamentini tezliklə buraxa bilər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
in
2025
21:21

Le Pen: Makron Fransa parlamentini tezliklə buraxa bilər

28 in, 2025
21:21
400

Le Pen: Makron Fransa parlamentini tezliklə buraxa bilər

Sağçı "Milli Birlik" partiyasının parlament fraksiyasının lideri Marin Le Pen hesab edir ki, Fransa prezidenti Emmanuel Makron yaxın gələcəkdə Milli Assambleyanı (parlamentin aşağı palatası) buraxa bilər.

"Report"un məlumatına görə, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.

Le Pen tərəfdarları qarşısında çıxışı zamanı deyib: “Parlamentin buraxılmayacağına özümüzü inandırmaq təhlükəli olardı. Biz rahatlaşa bilmərik”.

O vurğulayıb ki, yeni parlament seçkiləri olacağı təqdirdə "Milli Birlik" qalib gəlməlidir. Parlament fraksiyasının rəhbəri, həmçinin tərəfdarları 2026-cı ildə keçiriləcək bələdiyyə seçkilərinə hazırlaşmağa çağırıb.

Milli Assambleya buraxılarsa, Le Pen deputat köməkçiləri işi üzrə çıxarılan hökmə görə yenidən deputatlığa namizəd ola bilməyəcək və bu, onun seçilmək hüququnu məhdudlaşdırır.

Bizimlə əlaqə saxlayın