İsrail Müdafiə Ordusu Xan Yunisdə qalan əhalinin təxliyəsi ilə bağlı çağırış edib
İsrail Müdafiə Ordusu (İDF) Xan Yunisin cənub məhəllələrində qalan əhalinin müvəqqəti olaraq Əl-Mavasidəki humanitar bölgəyə təxliyə olunması ilə bağlı çağırış edib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə İDF-nin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, terror fəaliyyəti və Xan Yunisin cənub bölgəsindən İsrailə raket atışlarının davam etməsi səbəbilə bu ərazidə qalmaq təhlükəlidir, ona görə də mülki əhali evakuasiya edilməlidir:
"Bu səbəblə ərazidə müəyyən tənzimləmələr aparılır. Həmin tənzimləmələr HƏMAS-ın ərazidə terrorçu fəaliyyətini göstərən dəqiq kəşfiyyat məlumatlarına uyğun olaraq həyata keçirilir. Mülki əhaliyə dəyən zərəri azaltmaq və insanları döyüş bölgələrindən uzaq tutmaq üçün onlara ilkin xəbərdarlıq edilir. İDF terror təşkilatlarına qarşı əməliyyat həyata keçirmək üzrədir və bu səbəblə Xan Yunisin cənub məhəllələrində qalan əhalini müvəqqəti olaraq Əl-Mavasidəki humanitar bölgəyə təxliyə etməyə çağırır".
Məlumatda o da diqqətə çatdırılıb ki, müvəqqəti evakuasiya çağırışları sakinlərə yazılı və səsli mesajlar, telefon zəngləri, ərəb dilində media yayımları vasitəsilə çatdırılır:
"İsrail qəzzalı mülki əhalini terror fəaliyyətləri üçün canlı qalxan kimi istifadə edən HƏMAS-a qarşı fəaliyyətini davam etdirəcək".
Oxşar xəbərlər
İsrail Qəzzanın mərkəzində humanitar fasilə elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu HƏMAS-ın UNRWA məktəbinin ərazisindəki obyektinə zərbə endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu HƏMAS-ın yeni komandirini məhv etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu Qəzzanın mərkəzində əməliyyatları 4 saatlıq dayandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Müdafiə Ordusu Xan Yunis şəhərini mühasirəyə alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












