Tramp İrana endirdikləri zərbələri Xirosima və Naqasaki ilə müqayisə edib
sizinxeber.az xəbər saytı

Tramp İrana endirdikləri zərbələri Xirosima və Naqasaki ilə müqayisə edib


ABŞ Prezidenti Donald Tramp İrana endirdikləri zərbələri Xirosima və Naqasaki ilə müqayisə edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə “RBK-Ukraina” “The Guardian”a istinadən məlumat yayıb.

Haaqada çıxış edən ABŞ Prezidentinin fikrincə, İrana zərbələr Tehranın təhdidini sonlandırıb.

"Məgər Yaponiyaya zərbə endirməklə uğur qazanmadıq? Bu zərbə müharibəyə son qoydu. Biz indi onlarla çox yaxşı münasibətdəyik", - D.Tramp bəyan edib.

O, ABŞ-nin hərəkətlərini İkinci Dünya Müharibəsi dövründəki tarixi hadisələrlə müqayisə edib.

"Mən Xirosima, Naqasakini nümunə gətirmək istəmirəm, amma həmin addım Yaponiya ilə müharibəyə son qoydu. Əgər biz bunu etməsəydik, onlar indi də müharibə edərdilər", - ABŞ Prezidenti söyləyib.

Oxşar xəbərlər

Kişida Naqasaki və Xirosima qurbanlarını anma mərasimində ABŞ-ın atom bombası atması faktına toxunmayıb
Tramp Tehranın nüvə proqramına görə İrana hücum etməyə tələsmədiyini bəyan edib
Tramp İsrailin İrana hücumundan xəbərdar olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər