İraqdakı hərbi bazalar PUA hücumuna məruz qalıb
İraq ərazisində ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hərbçilərinin olduğu hərbi bazalar çərşənbə axşamına keçən gecə pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə baş nazirin rəsmi nümayəndəsi Sabah ən-Numan bildirib.
"Bu gecə kamikadze dronları İraqın bir sıra hərbi obyektlərinə və bazalarına zərbələr endirib. Taci və Əli hərbi bazalarındakı radiolokasiya sistemləri daha çox zədələnib. İraqın digər dörd hərbi obyektinə hücum etməyə cəhd göstərən PUA-ları isə vurmaq mümkün olub", - INA agentliyi ən-Numanın sözlərindən sitat gətirir.
Baş nazirin nümayəndəsi vurğulayıb ki, pilotsuz uçuş aparatlarının hücumu nəticəsində insan itkisi yoxdur.
Oxşar xəbərlər
KİV: İsrail İran pilotsuz uçuş aparatlarının zərərsizləşdirilməsi prosesinə başlayıb
İranın Məşhəd və Təbriz şəhərləri İsrailin hücumuna məruz qalıb
İsrail İranın dörd bölgəsinə zərbələr endirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
