Kallas: Aİ xarici işlər nazirləri Yaxın Şərqdə uzun sürən müharibənin qarşısını almağa çağırır
Avropa İttifaqının xarici işlər nazirləri Yaxın Şərqdə münaqişənin genişlənməsinin qarşısının alınmasının zəruriliyindən danışıb. Onlar bütün tərəfləri geri çəkilməyə və danışıqlar masasına qayıtmağa çağırıblar.
"Sizinxeber.az"un Avropa Bürosunun məlumatına görə, bunu Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
"Yaxın Şərqdə yeni müharibə təhlükəli dinamikadır. Son hərbi əməliyyatlar gərginliyi artırır. Aİ-nin bütün xarici işlər nazirləri gərginliyin daha da artmasının qarşısının alınmasının vacibliyini bəyan edib və tərəfləri danışıqlar masasına qayıtmağa çağırıb. Uzun sürən müharibə heç kimə sərfəli deyil və təhlükəlidir", - Kallas deyib.
Onun sözlərinə görə, İran on illərdirdir ki, təhdid mənbəyidir: "Aİ dəfələrlə bəyan edib ki, Tehranın nüvə silahı hazırlamasına və ya əldə etməsinə icazə verilməməlidir. Çünki bu, beynəlxalq təhlükəsizliyi təhdid edəcək. Lakin hərbi əməliyyatlar həmişə risklər və qeyri-müəyyənliklər ehtiva edir. İndi vacib olan eskalasiyanın sonrakı riskini minimuma endirməkdir".
Oxşar xəbərlər
Kallas İran, İsrail və ABŞ-ni danışıqlar masasına qayıtmağa çağırıb
Aİ sabah İranla bağlı vəziyyəti müzakirə edəcək
Kaya Kallas: Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır
Kallas İranın XİN rəhbəri ilə Tehranın nüvə proqramını müzakirə edib
Kallas Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi vəzifəsini icra edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













