Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
İran heç vaxt nüvə silahına malik olmamalıdır və ölkə hökuməti niyyətlərinin sülh xarakterli olmasına dair bütün zəmanətləri təqdim etmək öhdəliyi daşıyır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı zamanı bildirib.
"Mənə İran Prezidenti Məsud Pezeshkian zəng edib. Ona İranın nüvə proqramı ilə bağlı dərin narahatlığımı bildirdim. İran heç vaxt nüvə silahına malik olmamalıdır və niyyətlərinin sülh xarakterli olmasına dair bütün zəmanətləri təqdim etmək öhdəliyi daşıyır. Əminəm ki, müharibədən çıxmaq və daha ciddi təhdidlərin qarşısını almaq üçün bir yol var. Bunun üçün biz Fransa və onun Avropadan olan tərəfdaşlarının İranla başlatdığı danışıqları sürətləndirəcəyik", - o, “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Oxşar xəbərlər
Pezeşkian: İran heç vaxt dinc nüvə enerjisindən imtina etməyəcək
Tramp: İrana nüvə silahına malik ola bilməyəcəyi aydın şəkildə bildirilib
Makron və Pezeşkian arasında telefon danışığı olub
Vens: Tramp İranın nüvə silahına malik olmasına imkan verməyəcək
İsrail və ABŞ İranın nüvə silahına malik olmaması ilə bağlı razılığa gəliblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













