Hindistanda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 30 nəfər ölüb - YENİLƏNİB
Hindistanda “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” tipli təyyarənin qəzaya uğraması nəticəsində 30 nəfər həlak olub.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.
Bildirilir ki, Hindistanın Baş naziri Narendra Modi mülki aviasiya naziri K.Rammohan Naidu ilə hadisənin təfərrüatlarını müzakirə edib. Nazirin özü təyyarə qəzasının baş verdiyi əraziyə gedib.
Təyyarənin havaya qalxdıqdan dərhal sonra Əhmədabad hava limanı yaxınlığında qəzaya uğradığı bildirilir.
Londona uçmalı olan təyyarənin göyərtəsində 10 ekipaj üzvü və bort bələdçiləri də daxil olmaqla 242 nəfər olub.
Əhmədabad hava limanında bütün uçuşları müvəqqəti olaraq dayandırılıb.
Hindistanın Əhmədabad hava limanı yaxınlığındakı yaşayış məntəqəsində sərnişin təyyarəsi qəzaya uğrayıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
Məlumata görə, qəzaya uğrayan təyyarə “Air India” aviaşirkətinə məxsusdur.
Hadisə yerindən çəkilmiş videogörüntülərdə yerdən qatı tüstünün qalxdığı görünür.
Çoxlu sayda təcili yardım maşını hadisə yerinə gəlib. Polis həmin ərazidə nəqliyyatın hərəkətini tam məhdudlaşdırıb.
“News18” telekanalının məlumatına görə, qəzaya uğrayan təyyarə göyərtəsində təxminən 250 sərnişinin olduğu “Boeing 787-8 Dreamliner” təyyarəsidir.
Hadisənin təyyarə Londona uçarkən baş verdiyi ehtimal olunur.
Oxşar xəbərlər
Hindistanda 130 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistanda 250 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nepalda təyyarə qəzasında ölənlərin sayı 18 nəfərə çatıb - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreyada təyyarə qəzasında 176 nəfərin öldüyü təsdiqləndi [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-də tək mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













