Hindistanda 250 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb
sizinxeber.az xəbər saytı

Hindistanda 250 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb


Hindistanın Əhmədabad hava limanı yaxınlığındakı yaşayış məntəqəsində sərnişin təyyarəsi qəzaya uğrayıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Məlumata görə, qəzaya uğrayan təyyarə “Air India” aviaşirkətinə məxsusdur.

Hadisə yerindən çəkilmiş videogörüntülərdə yerdən qatı tüstünün qalxdığı görünür.

Çoxlu sayda təcili yardım maşını hadisə yerinə gəlib. Polis həmin ərazidə nəqliyyatın hərəkətini tam məhdudlaşdırıb.

“News18” telekanalının məlumatına görə, qəzaya uğrayan təyyarə göyərtəsində təxminən 250 sərnişinin olduğu “Boeing 787-8 Dreamliner” təyyarəsidir.

Hadisənin təyyarə Londona uçarkən baş verdiyi ehtimal olunur.

Oxşar xəbərlər

Hindistanda 130 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb
ABŞ-də sərnişin təyyarəsi qəzaya uğrayıb, xəsarət alanlar var
Nepalda təyyarə qəzaya uğrayıb
Təcili: Rusiya təyyarəsi qəzaya uğradı, hamısı öldü
KİV: Nepalda qəzaya uğrayan təyyarədə texniki heyət olub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle