KİV: Latviya, Litva və Estoniya sərhədləri boyunca müdafiə xəttinin gücləndirilməsinə 1,2 milyard avro xərcləyəcək
Latviya, Litva və Estoniya Rusiya və Belarusla sərhədləri boyunca müdafiə xəttinin yaradılması və tank əleyhinə minaların alınmasına 1.2 milyard avro vəsait sərf edəcək.
APA “The Defense Post” portalına istinadən xəbər verir ki, bunu NATO-dakı mənbə açıqlayıb.
Bu məbləğin 800 milyon avrosu yalnız minaların əldə olunmasına xərclənəcək. Həmin yeraltı partlayıcı qurğular 70 kilometrlik sərhəd xətti boyunca yerləşdiriləcək.
O da bildirilib ki, təkcə Litva 2026-2030-cu illərdə ümumi daxili məhsulun 6 faizə qədərini müdafiə xərclərinə sərf edəcək. Litva isə sərhəd boyunca səngər qazılması, eləcə də magistral yolların ətrafına ağacların əkilməsinə də diqqət yetirəcək.
Eyni zamanda Latviya, Litva və Estoniya hökumətləri pilotsuz uçuş aparatları əleyhinə radioelektron mübarizə vasitələrinin əldə olunması və erkən xəbərdarlıq sistemlərinin qurulmasına da diqqət yetirəcək.
Oxşar xəbərlər
Latviya, Litva və Estoniya prezidentləri Gürcüstana səfər edəcək
Litva Rusiya ilə sərhədə tank əleyhinə “əjdaha dişləri” quraşdırıb
Polşa, Estoniya, Latviya və Litva Ottava müqaviləsindən çıxır
Litva Latviya və Estoniya ilə birlikdə elektrik stansiyası tikmək niyyətindədir
Litva tank əleyhinə qumbaraatanların alınması üçün 14 milyon avro dəyərində müqavilə imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













