Rütte NATO-nun sülhməramlılarının Ukraynadakı missiyada iştirakı məsələsinə aydınlıq gətirib
“NATO Ukraynadakı sülhməramlı missiyada iştirak etməyəcək. Çünki bu addım sonradan alyansın nəzarətindəki ərazilərin müdafiəsinə təsir göstərə bilər”.
APA-nın məlumatına görə, bunu “nv.ua”ya müsahibəsində alyansın baş katibi Mark Rütte deyib. O əlavə edib ki, müttəfiqlər Ukraynada təhlükəsizliyin təminatı məsələsinə bir neçə fərqli variant təklif edir:
“Bu variantların reallaşması üçün ya atəşkəs, ya da sülh müqaviləsinin imzalanmasını gözləmək lazımdır. İndiki mərhələdə Böyük Britaniya və Fransa həmfikir dövlətlərlə birlikdə təhlükəsizlik zəmanəti üçün yollar axtarır. İtaliya tərəfi isə fərqli yanaşma təklif edir. Hesab edirəm ki, ən yaxşısı sülhün əldə olunmasını gözləmək və bu ideyaları daha da təkmilləşdirməkdir”.
Oxşar xəbərlər
Rütte NATO-nun sülhməramlılarının Ukraynadakı misisyada iştirakı məsələsinə aydınlıq gətirib
NATO Baş katibi Gürcüstan hökumətinə çağırış edib
Rütte: NATO Ukraynada sülh üzrə danışıqlarda iştirak etmir
Mark Rütte: Rusiyanın destruktiv addımlarının qarşısının alınması NATO-nun prioritetlərindəndir
Medvedev: NATO müqaviləsinin V maddəsi alyansın Rusiyanı təhdid edən kiçik ölkələrinə kömək etməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













