Kobaxidze: Son 10 ildə 250 məscid müsəlman icmasının istifadəsinə verilib, 35 milyon lari ayrılıb
sizinxeber.az xəbər saytı

Kobaxidze: Son 10 ildə 250 məscid müsəlman icmasının istifadəsinə verilib, 35 milyon lari ayrılıb


Son 10 il ərzində Gürcüstanda 250-dən çox məscid daimi istifadə üçün müsəlman icmasına verilib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze müsəlman icmasının şərəfinə təşkil olunmuş iftar mərasimində çıxış edərkən deyib.

Kobaxidze Gürcüstanın çoxmillətli və çox konfessiyalı ölkə olduğunu, Gürcüstan hökumətinin müsəlman icmasına maksimum dəstək verdiyini və bu dəstəyin gələcəkdə də davam edəcəyini vurğulayıb.

"Biz fəxr edirik ki, bizim həqiqətən nümunəvi birgə yaşayışımız var və biz birlikdə ölkəmizin gələcəyini yaradırıq. Gürcüstan hökuməti xüsusilə 2014-cü ildən sonra müsəlman icmasına maksimum dəstək verir və bu dəstək gələcəkdə də davam edəcək. Son 10 il ərzində 250-dən çox məscid daimi istifadə üçün müsəlman icmasına verilib və hökumət tərəfindən maliyyələşdirmə formasında 35 milyon lari ayrılıb”, - Baş nazir bildirib.

İftar mərasimində Gürcüstanın Dini İşlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Qərbi Gürcüstanın müftisi Adam Şantadze, Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Faiq Nəbiyev və Şərqi Gürcüstanın müftisi Etibar Eminov çıxış ediblər.

Gürcüstanın Baş nazirinin adından müsəlman icmasının şərəfinə təşkil olunan iftarda Barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tean Axvlediani, Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Tornike Rijvadze, parlament üzvləri, dövlət nümayəndələri, diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Oxşar xəbərlər

Kobaxidze: USAİD-in maliyyəsi xeyriyyə məqsədlərinə istifadə edilməyib
Kobaxidze Ermənistana səfər edib
Kobaxidze Azərbaycana gəlir
Kobaxidze: Gürcüstanın məqsədi 2030-cu ilə qədər Aİ üzvü olmaqdır
Kobaxidze: Harrisin qələbəsi Ukraynada müharibəni bir neçə ay uzadacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle