Danimarkada qadınlar da həqiqi hərbi xidmətə çağırılacaq
Danimarkanın Müdafiə Nazirliyi 2026-cı ildən etibarən qadınların da həqiqi hərbi xidmətə cəlb olunacağını açıqlayıb.
Sizinxeber.az xəbər verir ki, indiyə qədər Danimarkada qadınlar yalnız könüllü olaraq hərbi xidmətdə ola bilərdilər.
Hərbi xidmət 18 yaşdan yuxarı kişilər üçün məcburi idi. Danimarka qadınları məcburi hərbi xidmətə cəlb etməyi və hərbi xidmət müddətini uzatmağı planlaşdırdığını açıqlayıb.
Qeyd edək ki, Danimarka hökuməti növbəti 5 il ərzində müdafiə büdcəsini 6 milyard dollar artıraraq NATO-nun xərc hədəflərinə çatmaq istədiyini açıqlayıb.
Hərbi büdcə ilə bağlı planları açıqlayan Danimarkanın baş naziri Mette Frederiksen bu addımın tam olaraq gender bərabərliyini təmin edəcəyini açıqlayıb.
Bundan başqa hərbi xidmət müddəti də 11 aya qədər artırılacaq. Xatırladaq ki, Danimarka Norveç və İsveçdən sonra bunu edən üçüncü Avropa ölkəsi olacaq.
Ötən il hərbi xidmətə gedən 4700 nəfərin təxminən dörddə biri qadınlardır. Təxminən 6 milyon əhalisi olan ölkədə 9 mini peşəkar olmaqla 20 min əsgər var.
Oxşar xəbərlər
Bu gündən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb
Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırış yaşının 30-a endirilməsi ilə bağlı qanunu təsdiqləyib
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
-
Bu iki ölkə Rusiyaya qarşı tarixi pakt imzalayacaq
-
Tbilisinin Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
-
Azərbaycan üzərindən Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
-
Aİİ sammiti Ermənistanın taleyini həll edəcək? - Peskov
