ABŞ və Rusiya Qara dənizdə gəmilərin sərbəst keçidinin təmin olunması ilə bağlı razılığa gəlib
sizinxeber.az xəbər saytı

ABŞ və Rusiya Qara dənizdə gəmilərin sərbəst keçidinin təmin olunması ilə bağlı razılığa gəlib


ABŞ və Rusiya Qara dənizdə həm gəmilərin sərbəst keçidinin təmin olunması, həm də güc tətbiq edilməməsi barədə razılığa gəlib.

Sizinxeber.az “Sky News”a istinadən xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.

Qeyd edilib ki, tərəflər arasında müzakirələrin əsas predmeti üzrə razılıq əldə olunub.

Eyni zamanda, tərəflər Rusiya və Ukrayna ərazisindəki enerji infrastrukturuna zərbələr endirilməməsi barədə də yekdil fikirə gəliblər.

Razılaşdırılan məqamlardan biri də kommersiya xarakterli yüklərin daşındığı gəmilərdən hərbi məqsədlər üçün istifadə edilməməsi olub.

Tərəflər həmçinin Rusiyanın kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılması, dəniz vasitəsilə daşınan yüklərə görə sığorta haqlarının azaldılması, bu ölkəyə məxsus gəmilərin limanlara girişinin təminatı və yaranmış xərclərin beynəlxalq ödəniş sistemləri vasitəsilə ödənilməsi məsələsində razılaşıblar.

Bununla yanaşı, tərəflər üçüncü ölkələrin energetika və dəniz yolu vasitəsilə yüklərin daşınmasına göstərəcəyi istənilən dəstəyi alqışladığını açıqlayıb.

Eyni zamanda ABŞ tərəfi danışıqlarda Prezident Donald Trampın hər iki tərəfdən insan itkisinə son qoyulması çağırışını təkrarlayıb.

Oxşar xəbərlər

Ukrayna Qara dənizdə Rusiyaya məxsus qaz qurğusunu vurub, 40-a yaxın heyət üzvü ölüb - VİDEO
Sergey Lavrovla Marko Rubio arasında telefon danışığı olub
Rusiya və ABŞ Ər-Riyadda Qara dənizdə təhlükəsiz gəmiçiliyə dair danışıqlar aparıb
Rusiyanın Sudanda hərbi dəniz bazası yaratması ilə baglı razılıq əldə olunub
Rusiyanın Qara dəniz donanmasının 20%-i məhv edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər