Papuaşvili fransa səfirini “kar olmamağa” çağırıb
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Fransanın bu ölkədəki səfirini “kar olmamağa” çağırıb.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, Papuaşvili Fransa səfirliyinin dəstəklədiyi QHT rəhbərinin nifrət dilindən istifadə etdiyini, səfirin bu məsələdə mövqeyini aydınlaşdırmalı olduğunu qeyd edib.
“Bir neçə gün əvvəl Fransanın Gürcüstandakı səfirinin dəstəklədiyi “Safari” qeyri-hökumət təşkilatının rəhbəri Gürcüstanın xarici işlər nazirinin ünvanına təhqiramiz ifadələr işlədib. Sonra mən açıq şəkildə səfirə müraciət etdim ki, mövqeyini aydınlaşdırsın. Səfir bu məsuliyyətdən yayındı. Məhz səfirin biganəliyinin nəticəsidir ki, bu dəfə nifrət çıxışının hədəfi İctimai Yayım Xidmətinin jurnalistidir. Bu cür nifrət təbii ki, hər hansı radikal fəalın zədələnmiş emosional vəziyyətinin ifadəsi deyil. Onun konkret vəzifəsi var, məqsəd hədəfə alınan jurnalisti qorxutmaq, sıxışdırmaqdır. Görək Fransa səfiri bu dəfə necə davranacaq. Dəstəklədiyi insanı alçaldıcı davranışlardan çəkinməyə çağıracaq yoxsa kar olmaqla yeni bir nifrət hərəkətinə təşviq edəcək" – deyə Şalva Papuaşvili yazıb.
Oxşar xəbərlər
Gürcüstanda FARA qanunu müzakirəyə çıxarılır
ABŞ-nin “xarici agentlər”lə bağlı qanunu Gürcüstan parlamentində müzakirəyə çıxarılacaq
Papuaşvili: AŞPA öz fundamental dəyərlərinə qayıtmalıdır
Papuaşvili xarici ölkələrin səfirlərini Gürcüstanın daxili işlərinə müdaxilədə günahlandırıb
Parlament sədri: Gürcüstanda hökumət çevrilişinə hazırlıqlar davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













