Aİ Suriyaya 5.8 milyard avro vəd edib
Brüsseldə keçirilən konfransından sonra Avropa İttifaqı və onun tərəfdaşları Suriya və qonşu ölkələrə 5,8 milyard avro vəd edib.
Sizinxeber.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas öz “X” hesabında məlumat verib.
"Aİ və tərəfdaşları Suriya və onun qonşularına 5,8 milyard avro ayırmağı vəd ediblər. Bu maliyyə, Suriyanı kritik keçid dövründə dəstəkləyəcək və təcili ehtiyacları yerində həll edəcək", - o yazıb.
Qeyd edək ki, uzun illər Bəşər Əsəd hökumətini boykot edən Avropa Birliyi Suriyanın yeni hakimiyyəti ilə fəal dialoq aparır.
Avropa İttifaqı Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsad əl-Şeybanini doqquzuncu illik foruma dəvət edib.
Oxşar xəbərlər
Kaya Kallas Suriyanın XİN rəhbəri ilə görüşüb
Avropa İttifaqı Ukraynaya 134 milyard avro ayırıb
Avropa İttifaqı Livan üçün 500 milyon avro ayırıb
Aİ Ukraynaya 40 milyard avroluq yardım paketi ilə bağlı razılığa gəlməyib
Aİ yanvardan Ukraynaya ayda 1,5 milyard avro verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













